"Azərbaycan Sənaye Sığorta" ötən ili mənfəətlə başa vurub

"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2023-cü ili 3,586 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 2,476 milyon manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il ASS-nin gəlirləri 45,827 milyon manat (əvvəlki ilə nisbətən 4,6 dəfə çox), xərcləri 41,961 milyon manat (3,35 dəfə çox), mənfəət vergisi ödəmələri isə 280 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə ASS-nin aktivləri 27,166 milyon manat olub ki, bu da illik müqayisədə 36,1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 55,7 % azalaraq 15,047 milyon manata düşüb, balans kapitalı isə 42 % artaraq 12,118 milyon manata çatıb.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən bazara daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.

Digər xəbərlər