Dekabrın 26-da, saat 16:00-da "Azərbaycan Sənaye Sığorta" (ASS) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə ASS-nin 2026-cı il üzrə büdcə planının müzakirəsi və təsdiq edilməsi daxildir.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş "Cİ Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i "Anadolu İnvestment Company" MMC-yə, 5%-i isə "Azərbaycan Sənaye Bankı" ASC-yə məxsusdur.