“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 1,717 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə azdır.
9 ay ərzində ASB-nin gəlirləri 25,092 milyon manat (illik müqayisədə 13% az), xərcləri 22,44 milyon manat (3,5% az), xüsusi ehtiyatlara ayırmaları 497 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 439 min manat (65,4% az) təşkil edib.
Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 866,646 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3% azdır. Bunun 220,775 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,9% kiçilib.
Hesabat dövründə ASB-nin öhdəlikləri 8,5% azalaraq 760,239 milyon manata, o cümlədən depozit portfeli 10,6% azalaraq 592,187 milyon manata düşüb, balans kapitalı isə 2,4% artaraq 106,407 milyon manata çatıb.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.