"Azərbaycan Sənaye Bankı"nın aktivləri 48% artıb

Bakı. 12 iyul. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-nin aktivləri illik müqayisədə 48% artaraq 2017-ci il iyulun 1-nə 935,523 mln. manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfeli 26,68% artaraq 282,629 mln. manata yüksəlib. Kreditlərin 17,937 mln. manatı və ya 6,35%-i fiziki şəxslərə verilən kreditlərin payına düşüb. Kredit portfelinin 7,546 mln. manat və ya 2,67%-nin ödəniş vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi 3,49%, həcmi isə 7,778 mln. manat təşkil edib.

Bankın cəmi öhdəlikləri illik müqayisədə 53,89% artaraq iyulun 1-nə 846,599 mln. manata yüksəlib. Depozit portfeli 65,7% artaraq 607,689 mln. manat olub. Bankın Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi isə dəyişməyərək 10 mln. manat təşkil edib.

Cari il iyulun 1-nə ASB-nin nizamnamə kapitalı 60 mln. manat, məcmu kapitalı 83,918 mln. manat olub.

Digər xəbərlər