"Azərbaycan Sənaye Bankı"nın aktivləri 20% artıb

Bakı. 15 yanvar. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 20,1% artaraq 2018-ci il yanvarın 1-nə 945,189 mln. manata çatıb.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi 0,5% artaraq yanvarın 1-nə 298,83 mln. manat təşkil edib.

Cəmi öhdəliklər illik 21,7% artaraq 854,83 mln. manat olub. Depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 45% artaraq 628,657 mln. manata yüksəlib. AMB-nin banka qarşı tələbləri sıfırlanıb. 2018-ci il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 60,0 mln. manat, tutulmalardan sonra məcmu kapitalı 78,181 mln. manat təşkil edib.

Bank 2017-ci il ərzində 4,357 mln. manat xalis mənfəət əldə edib ki, bu da 2016-cı illə müqayisədə 13,7% çoxdur. 2017-ci ildə Bankın faiz gəlirləri 24,457 mln. manat, qeyri-faiz gəlirləri 6,966 mln. manat, faiz xərcləri 14,058 mln. manat, qeyri-faiz xərcləri 10,671 mln. manat təşkil edib.

Digər xəbərlər