“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin yanvar-sentyabr aylarını 4,338 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.
9 ay ərzində ASB-nin gəlirləri 25,754 milyon manat (illik müqayisədə 2,6 % çox), xərcləri 21,54 milyon manat (4 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,22 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,096 milyon manat (2,5 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə ASB-nin aktivləri 714,112 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,6 % azdır. Bunun 243,824 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,4 % böyüyüb.
Hesabat dövründə ASB-nin öhdəlikləri 20,4 % azalaraq 605,167 milyon manata, o cümlədən depozit portfeli 25,9 % azalaraq 438,564 milyon manata düşüb, balans kapitalı isə 2,4 % artaraq 108,945 milyon manata çatıb.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.