​"Azərbaycan Sənaye Bankı" Mərkəzi Bankdan 10 mln. manat cəlb edib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan Sənaye Bankı" ASC-nin aktivləri illik müqayisədə 64,5% artaraq 2015-ci ilin sonuna 690,4 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində kredit portfeli 0,89% artaraq 168,8 mln. manat təşkil edib. Kredit portfelinin 4,28%-nin və ya 7,2 mln. manatının ödəniş vaxtı keçib. Hesabat ilində fiziki şəxslərə verilən kreditlər (istehlak kreditləşməsi) 2014-cü illə müqayisədə 43,8% azalaraq 26,6 mln. manatdan 15,0 mln. manata enib.

Cari il yanvarın 1-nə "Azərbaycan Sənaye Bankı"nın nizamnamə kapitalı 60,0 mln. manat, məcmu kapitalı 77,4 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin sonuncu rübündə Azərbaycan Mərkəzi Bankının banka qarşı 10 mln. manat həcmində tələbləri yaranıb. Bundan əvvəl isə Mərkəzi Bankın banka qarşı heç bir tələbi olmayıb. 

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22