"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I rübünü 1,74 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötənilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Yanvar-mart aylarında ASB-nin gəlirləri 13,059 milyon manat (illik müqayisədə 8,8 % çox), xərcləri 10,787 milyon manat ( 1 % az), xüsusi ehtiyatlara ayırmaları 110 min manat (3,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 421 min manat (73,3 % çox) təşkil edib.

Bu il aprelin 1-nə ASB-nin aktivləri 795,898 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Bunun 300,394 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,2 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,9 % artaraq 673,169 milyon manat, o cümlədən depozit portfeli 7,7 % artaraq 483,307 milyon manat, balans kapitalı isə 6,5 % artaraq 122,729 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Digər xəbərlər