Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçib

Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 8 min manat ödəniləcək.

Ötən il də bu tenderin qalibi "Azəruçot" olub. Şirkətə 9 min manat ödənilib.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06