“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrildiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,722 milyon manatdır. BOKT-un təsisçisi 100 % Elmar Məmmədovdur.