Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 467,8 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,4% azdır.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,35% çox, son 1 ildə isə 5,3% artıb.

Digər xəbərlər