Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları hazırda 5,541 mlrd. dollar təşkil edir.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB sədri Elman Rüstəmov məlumat verib.

O qeyd edib ki, beləliklə, valyuta ehtiyatlarının həcmində əvvəlki ayla müqayisədə 0,5%, ilin əvvəli ilə müqayisədə 3,9% artım qeydə alınıb.

Digər xəbərlər