Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə 270 milyon manatlıq notu olub.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, yanvarın 24-ü ilə müqayisədə 50 milyon manat, yaxud 22,7% çoxdur.
AMB-nin dövriyyədə olan notları ötən ilin oktyabr ayından bəri ilk dəfə artım nümayiş etdirir.