Azərbaycan Mərkəzi Bankı (AMB) “Yay məktəbi” tədbirinin təşkili ilə bağlı kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, iddiaçılar təkliflərini avqustun 18-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi avqustun 21-də, saat 10:00-da Portalda açıqlanacaq.