Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu addım bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələbi üzrə kredit riskinin maksimum miqdarı normativinin pozulmasına görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün atılıb. Sözügedən pozuntu Bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.