Azərbaycan Mərkəzi Bankının (AMB) və J.P. Morgan və onun tərəfdaşı olduğu investisiya şirkətlərinin nümayəndələri əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə AMB məlumatı özünün "Twitter" hesabında yayıb.
"Keçirilən görüşdə həmçinin son makroiqtisadi proseslər, proqnozlar, pul siyasətinin tətbiqi və çağırışlar müzakirə olunub", - AMB qeyd edib