Bakı. 4 may. REPORT.AZ/ Ötən ilin yekununda Azərbaycan Mərkəzi Bankında (AMB) işləyən ölkə vərəndaşlarının sayı 594 nəfər olub.
Bu barədə “Report” qurumun illik hesabatına istinadən xəbər verir.
Xatırladaq ki, 2015-ci ilin yekununda AMB-nin işçilərinin sayı 646 olub. Başqa sözlə, ötən il qurumun işçi heyətində 52 nəfərlik və yaxud 8,05%-lik azalma olub.
Hesabatda işçilərin sayının azalmasının səbəbi qeyd olunmasa da, "Report"un analitik qrupu hesab edir ki, bu, çox güman ki, qurumun səlahiyyətlərinin bir hissəsinin ötən il fevralın 3-də yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ötürülməsi ilə bağlıdır. Bununla əlaqədar AMB-nin bəzi departamentləri ləğv olunub və əməkdaşları MBNP-ya keçib.