Azərbaycan Mərkəzi Bankı (AMB) “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə müvafiq olaraq “İnvest-AZ İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 000 manat cərimə edib.