Azərbaycan Mərkəzi Bankına (AMB) məxsus daşınmaz əmlaklar qiymətləndiriləcək.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb, tender elan olunub.
Tenderdə iştirak haqqı 250 manatdır. İddiaçıar ilkin sənədləri fevralın 14-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 22-si, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Tenderin nəticəsi fevralın 23-də, saat 15:00-da portalda açıqlanacaq.