Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-yə icrası məcburi sərəncam verib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, kommersiya bankı inzibatçı vəzifəsinə dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə AMB-yə yazılı bildiriş təqdim etməyib.
Odur ki, “Banklar haqqında” qanunun 10.6-cı maddəsinin tələbinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, “Bank of Baku”ya qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.