Azərbaycan Mərkəzi Bankı daha bir banka icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Unibank” ASC-yə icrası məcburi sərəncam verib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Unibank” “Banklarda korporativ idarəetmə Standartları”nın 8.2.5-ci yarımbəndinin tələblərini pozub. Odur ki, “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Banka qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Digər xəbərlər