Azərbaycan Mərkəzi Bankı daha 100 mln. manatlıq not buraxır

Bakı. 11 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Mərkəzi Bankının yeni not emissiyasını (50100158S) dövlət qeydiyyatına alıb.

“Report” Palataya istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 1 mln. ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.

Qiymətli kağızların tədavül müddəti 28 gündür.

Digər xəbərlər