Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilsə də, tələb bundan 5 dəfə çox - 498,8 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.