Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,1 bənd, ilin əvvəlinə nisbətən 2,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,7 bənd çoxdur.

Bu il iyunun sonuna manatın real effektiv məzənnəsi isə 119,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd, ilin əvvəlinə nisbətən 1,8 bənd, illik müqayisədə isə 3,7 bənd azdır.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22