Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb

Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,8 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 9,6 bənd, ötən il noyabrın 1-i ilə müqayisədə isə 6,2 bənd çoxdur.

Oktyabrın sonuna manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd, ilin əvvəlinə nisbətən 2,8 bənd çoxdur, illik müqayisədə isə 0,2 bənd azdır.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46