Bu ilin oktyabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 97,4 bənd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,8 bənd, ilin əvvəlinə nisbətən 12 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə 20 bənd çoxdur.
Bu ilin sentyabr ayının sonuna manatın real effektiv məzənnəsi isə 123,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 4,5 bənd, ilin əvvəlinə nisbətən 10 bənd, illik müqayisədə isə 20,2 bənd çoxdur.