Bu ilin yanvar ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 95,2 bənd təşkil edib.
Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1,4 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 bənd çoxdur.
2022-ci ilin sonuna manatın real effektiv məzənnəsi isə 122,3 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,9 bənd az, illik müqayisədə isə 8,7 bənd çoxdur.