Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 78,6 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,2 bənd çox, ilin əvvəlinə nisbətən 3 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,7 bənd çoxdur.

Oktyabrın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 105,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 bənd, ilin əvvəlinə nisbətən 5,2 bənd, illik müqayisədə isə 2,4 bənd çoxdur.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53