Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin dekabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 81,3 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,7 bənd, ilin əvvəli ilə müqayisədə 5,7 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 bənd çoxdur.

Bu ilin noyabr ayının 30-na manatın real effektiv məzənnəsi isə 109,5 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 4 bənd, ilin əvvəli ilə müqayisədə 9,2 bənd, illik müqayisədə isə 6,8 bənd çoxdur.

Digər xəbərlər