Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,75 bənd təşkil edib.
Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Bu göstərici avqustun 1-i ilə müqayisədə 0,05 bənd az, yanvarın 1-nə nisbətən 0,78 bənd az, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 0,97 bənd azdır.
Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.