Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,90 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,19 bənd az, ilin əvvəli ilə müqayisədə 1,01 bənd çox, ötən il mayın 1-nə nisbətən isə 1,3 bənd çoxdur.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.