Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,62 bənd təşkil edib.
Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici oktyabrın 1-i ilə müqayisədə 0,3 bənd az, yanvarın 1-nə nisbətən 0,91 bənd az, ötən il noyabrın 1-i ilə müqayisədə isə 1,02 bənd azdır.
Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.