2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.