Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 9 %-dən çox artıb

2023-cü ildə Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 876,7 milyon manat​​​​​ vəsait yönəldib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 9,4 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 3 milyard 656,2 milyon manatı (94,1 %-i) Böyük Britaniya, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Rusiya, Fransa, Norveç və İran sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, ötən il Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 % artıb.

Digər xəbərlər