Bu ilin yanvar-may aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 1 546,6 milyon manat vəsait yönəldib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.
5 ay ərzində xarici investisiyaların 1 479,1 milyon manatı (95,8 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.