Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 2 milyard 273,7 milyon manat vəsait yönəldib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 % azdır.
8 ay ərzində xarici investisiyaların 2 milyard 136 milyon manatı (93,9 %-i) Böyük Britaniya, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.