Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 784,7 milyon manat vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,9 % azdır.
Hesabat dövründə xarici investisiyaların 756,1 milyon manatı (96,4 %-i) Böyük Britaniya, ABŞ, Türkiyə, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 809,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çox vəsait yönəldilib. Neft-qaz sektoruna investisiyalar 2,7 %, qeyri neft-qaz sektoruna isə 4,8 % artıb.