Azərbaycan İnvestisiya Holdinqi sığortaçı seçib

Azərbaycan İnvestisiya Holdinqi balansındakı 7 xidməti avtomobilin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Atəşgah Sığorta" ASC-dir.

Qalib şirkətə 4 061 manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Meqa Sığorta" ASC olub. Şirkətə 5 909 manat ödənilib.

Digər xəbərlər