Azərbaycan İnvestisiya Holdinqi balansındakı xidməti avtomobillərin kasko sığortası xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC-dir.
Qalib şirkətə 4 341 manat ödəniləcək.