Azərbaycan-Gürcüstan birgə müəssisəsi manatla istiqraz buraxır

"Max" MMC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların İnformasiya Memorandumuna istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "Max" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Çap idarəetmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətin təsis paylarının 74 %-i Gürcüstanın eyni adlı şirkətinə, 25 %-i "PAŞA İnvestments" MMC-yə, 1 %-i isə Anar Abbasova (direktor) məxsusdur.

Digər xəbərlər