2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.
Bu xərclərin növbəti ildə büdcə xərclərində xüsusi çəkisi 9%, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8% təşkil edəcək.