Bu ilin yanvar-aprel aylarında Türkiyənin Ərzurum bölgəsindən Azərbaycana 2022-ci ilin eyni dövrü ilə müqayisədə 45,5 % çox – 1,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Hesabat dövründə bölgədən 23 ölkəyə ixrac həyata keçirilib. Ən böyük ixrac Gürcüstana (1,9 milyon ABŞ dolları), Azərbaycana (1,3 milyon ABŞ dolları), İraqa (818 min ABŞ dolları), Maldovaya (191 min ABŞ dolları) və Fransaya (167 min ABŞ dolları) reallaşdırılıb.
Təkcə aprel ayında isə Azərbaycan Ərzurumdan 495,49 min ABŞ dolları dəyərində məhsul idxal edib. Apreldə bölgənin ən böyük idxalçıları Gürcüstan (557,97 min ABŞ dolları), Azərbaycan (495,49 min ABŞ dolları), İraq (269,72 min ABŞ dolları) və Bolqarıstan (97,09 min ABŞ dolları) olub.