Azərbaycan əhalisinin gəlirləri 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690,7 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,1 % artaraq 2 023 manata çatıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46