2019-cu ildə Azərbaycan əhalisinin nominal gəlirləri 57 035 milyon manat təşkil edib.
Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu, 2018-ci illə müqayisədə 7,4% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,5% artaraq 5 758,6 manata çatıb.