Azərbaycan əhalisinin gəlirləri 6%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 36 861,6 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,5% artaraq 3 727,8 manata çatıb. 

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33