Azərbaycan əhalisinin gəlirləri 15 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 23 milyard 549,5 milyon manat olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,3 % artaraq 2 327 manata çatıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46