Azərbaycan əhalisinin gəlirləri 15% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 44 milyard 558,6 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,1 % artaraq 4 394 manata çatıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46