Azərbaycan əhalisinin gəlirləri 15 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 30 milyard 302,9 milyon manat olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14 % artaraq 2 989 manata çatıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46