Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlar üçün könüllü tibbi sığorta xidməti üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 3-ü, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə noyabrın 15-i, saat 18:00-a qədər ARDNF-nin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 16-sı, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.