Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil idxalını təxminən 14 % artırıb

Bu il yanvar-sentyabr aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 14,662 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.

Hesabat dövründə bölgədən xarici ölkələrə ümumilikdə 2 milyard 284,523 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 14,7 % azdır.

9 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən çox tekstil məhsulları Avropa İttifaqı ölkələrinə (650,450 milyon ABŞ dolları məbləğində) ixrac edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,4 % azdır.

Avropa ölkələrini Yaxın Şərq (551,192 milyon ABŞ dolları məbləğində) və digər ölkələr (238,897 milyon ABŞ dolları) izləyib. Bu isə, illik müqayisədə müvafiq olaraq 10,5 % və 1,9 % azdır.

Digər xəbərlər